Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Mərkəzi Elmi Kitabxananın əməkdaşlarına kitabxana idarəetmə sisteminə edilən dəyişikliklərlə bağlı təlim keçirilib
22.08.2016 09:24
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxananın əməkdaşlarına kitabxana idarəetmə sisteminə edilən dəyişikliklərlə bağlı təlim keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) əməkdaşlarına növbəti təlim keçirilib.

Kitabxananın informasiya texnologiyalarının hazırlanması və tətbiqi şöbəsinin proqramçılar bölməsinin rəhbəri Nərmin Xasaylı tərəfindən keçirilən təlimin məqsədi avtomatlaşdırılmış kitabxana idarəetmə sisteminin komplektləşdirmə və kataloqlaşdırma modullarında edilən yeniliklərin işçilərə çatdırılması olub.

Təlim zamanı kitabxananın elektron kataloqunun formalaşdırılması istiqamətində əhəmiyyətli tövsiyələr verilib, əməkdaşların təklif və iradları dinlənilib, mühüm qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: