Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

22.08.2016 09:34
  • A-
  • A
  • A+

Almaniyalı qonaq Milli Azərbaycan Tarixi Muzeyində olub

Almaniyalı qonaq Milli Azərbaycan Tarixi Muzeyində olub

Almaniyanın Incəsənət və Dini Mədəniyyəti Muzeyinin direktoru Anya Şöne Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib.

Görüşdə muzeyin qonağı olan direktor Anya Şöne dövlətlər arasında mədəni-irsi əlaqələrin genişlənməsindən söhbət açaraq, Azərbaycanın multikulturalizmə dəyər verən ölkə olduğunu bildirib. Qeyd edib ki, burada dini azadlığın yüksək səviyyədə təmin olunmasına, Azərbaycanda fəaliyyət göstərən bütün dinlərin nümayəndələrinə bərabər şəraitin yaradılmasına xüsusi diqqət yetirirlir.

Görüşdə, həmçinin gələcəkdə muzeylər arasında elmi-praktiki konfrans və sərgilərin təşkil edilməsi məsələləri müzakirə edilib.

Sonra qonaqlar muzeyin ekspozisiya zalları ilə tanış olub. H.Z.Tağıyevin xatirə muzeyi onun xüsusi marağına səbəb olub. Almaniyalı qonaq muzeydən xoş təəssüratlarla ayrılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: