Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Alimlər heyvanların dilini başa düşəcək
27.01.2014 00:00
  • A-
  • A
  • A+

Alimlər heyvanların dilini başa düşəcək

Şimali Amerikada yaşayan, sincababənzər heyvanlar olan çayır itləri yüksək səsli bir itin hürməsinə bənzər səslər çıxarır. Şimali Arizona Universitetinin professoru Kon Slobodçikofun rəhbərlik etdiyi qrup, sürü halında yaşayan bu heyvanların fərqli vəziyyətlərdə çıxardıqları səsləri kompüterdə analiz ediblər. Nəticə alimləri heyrətə salıb. Bir it belə deyə bilirdi: “Zəif, qəhvəyi rəngli bir çaqqal sürətlə yaxınlaşır”.

Türkiyənin “Zaman” qəzetinin bildirdiyinə görə, çayır itləri şahin, ilan, it, maral, dovşan kimi heyvanların hər biri üçün ayrı-ayrı səslər çıxarır və bu səslərdəki kiçik fərqlərlə heyvanın xarici görünüşünə, rənginə, sürətinə, getdiyi istiqamətə dair məlumat verə bilirlər.

Koloniyalarının ətrafında gördükləri insanların paltarlarının rəngini belə söyləyir, insanları zəif, qısa ya uzun boylu kimi təsvir edirlər.

Araşdırmalar müxtəlif bölgələrdə yaşayan çayır itlərinin fərqli şivələri olduğunu göstərir.

“Kompüterlərin heyvanlarla ünsiyyət üçün bir vasitə olacağı dövrə sürətlə yaxınlaşırıq” - deyən prof. Kon Slobodçikofa görə, gələcəkdə cib telefonu böyüklüyündəki alətlər pişik, it hətta aslanlarla danışmağımızı təmin edə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: