Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Çiçi haqqında tarixi-etnoqrafik oçerklər” kitabı AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib
02.09.2016 10:05
  • A-
  • A
  • A+

“Çiçi haqqında tarixi-etnoqrafik oçerklər” kitabı AMEA-nın Mərkəzi Elmi Kitabxanasının fonduna daxil edilib

Tarixçi Sadiq Quliyev müəllifi olduğu “Çiçi haqqında tarixi-etnoqrafik oçerklər” kitabını AMEA Mərkəzi Elmi Kitabxanasına  hədiyyə edib.

Azərbaycanın Quba rayonunun cənubunda yerləşən Çiçi kəndi və orada yaşayan tatlar haqqında tarixi-etnoqrafik oçerklər 36 başlıqdan ibarət olmaqla, Çiçi tatlarının mənşəyini, kəndlərinin toponomik adlarının yaranmasını, sakinlərin həyat tərzini, təsərrüfatını, məişətini, adət-ənənələrini özündə əks etdirir. Kitabda həmçinin 45 müəllifin əsərlərindən və görkəmli şəxslərin əlyazmalarından istifadə olunub. Nəşr elmi, etnoqrafik və toponomik cəhətdən dəyərli əsər olmaqla, bir azsaylı xalqın mənəvi sərvətidir.

Bütün ixtisas sahələrinin tədqiqatçıları nəşrdən mənbə kimi istifadə edə bilərlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: