Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzində könüllülərə təlimlər keçirilir
05.09.2016 12:08
  • A-
  • A
  • A+

Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzində könüllülərə təlimlər keçirilir

AMEA Botanika İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı (ETKT) üzrə Regional Təcrübə və Resurs Mərkəzinin fəaliyyət proqramına daxil olan vacib məsələlərdən biri də regionda bu sahə üzrə gənc kadrların hazırlığına nail olmaqdır. Bu məqsədlə Qax rayonunun müxtəlif yaşayış məntəqələrində sorğu keçirilib. Sorğunun nəticəsinə əsasən, kənd təsərrüfatı və biologiya istiqamətləri üzrə ali təhsili olan gənclərin arzusunu nəzərə alaraq könüllülərdən ibarət 15 nəfərlik qrup yaradılıb.

Qrupa kənd təsərrüfatı üzrə elmlər doktoru, əməkdar elm xadimi, professor Amin Babayevin rəhbərliyi ilə “Ekoloji kənd təsərrüfatının əsasları” üzrə təlimlər keçirilir. 

Qeyd edək ki, AMEA Botanika İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzi 25 may 2016-cı ildə yaradılıb. Mərkəz regionda sağlam ekoloji mühitin bərpasına və inkişafına dəstək verir və əhalinin sağlam həyat tərzinin inkişaf etdirilməsi üçün əlverişli sosial şəraitin möhkəmləndirilməsinə yardım etmək niyyətindədir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: