Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Hindistan fizikləri balıq pulcuğu ilə işləyən generator yaradıblar
14.09.2016 10:03
  • A-
  • A
  • A+

Hindistan fizikləri balıq pulcuğu ilə işləyən generator yaradıblar

Hindistan fizikləri balıq pulcuqlarından ibarət batareya ilə işləyən generator yaradıblar. Şəffaf, elastik lövhəcik bədən tərpənişi, səs dalğaları və ya külək axınları kimi kiçik hərəkətlərdən enerji toplaya, sonra onları elektrik enerjisinə çevirə bilir.

Balıq pulcuqlarının tərkibində olan kollagen pyezoelektrik materialdır. O, mexaniki təsirə məruz qaldıqda elektrik yükü yaradır. Kəlküttə Universitetinin alimi, tədqiqatın həmmüəllifi Dipankar Mandal deyir ki, balıq pulcuğundan olan batareyalarla işləyən elektrik vasitələri ekoloji cəhətdən ən təmiz cihazlardır. Müasir pyezoelektrik generatorlarının tərkibini isə zəhərli qurğuşun və bismut təşkil edir.

D.Mandal və həmkarı Sucit Kumar balıq emalı bazarında karp balığının pulcuqlarını toplayaraq onlara qızıl elektrodlar bərkidib və üstünü laminatla örtüblər. Bir neçə yüngül əlçalma və dörd elektrod 77 yaşıl və mavi işıq diodunu yandırmağa kifayət edib.

Kumar və Mandal tədqiqatlarının nəticələrini bu yaxınlarda “Applied Physics Letters” jurnalında dərc ediblər. Tədqiqatçılar bu ixtiranın tibbi implantlar, eləcə də digər kiçik qajetlər üçün çox faydalı ola biləcəyinə ümid bəsləyirlər.

www.fainaidea.com

  • Paylaş: