AMEA-nın Kataliz və Qeyri-Üzvi Kimya İnstitutunun Fiziki-kimyəvi analiz şöbəsinin müdiri, kimya üzrə fəlsəfə doktoru Vaqif Qasımovun “Kimyəvi elementlərin lantanoidli üçlü sulfidlərinin kristalloqrafik xarakteristikaları” məlumatlar toplusu çap olunub.
Yeni nəşrdə kimyəvi elementlərin lantanoidlərlə əmələ gətirdikləri üçlü sulfidlərin kristalloqrafik xarakteristikaları və hər birləşmənin difraksiya mənzərələri cədvəl şəklində toplanıb.
Kitab fizika, kimya, optoelektronika, materialşünaslıq elmləri ilə məşğul olan tədqiqatçılar və magistrlər üçün nəzərdə tutulub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.