Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Sufizm” adlı kitab işıq üzü görüb
30.01.2014 00:00
  • A-
  • A
  • A+

“Sufizm” adlı kitab işıq üzü görüb

 

AMEA Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri, filologiya üzrə elmlər doktoru, professor Gülşən Əliyeva-Kəngərlinin“Sufizm” adlı kitabı “Aspoliqraf LTD” nəşriyyatında çapdan çıxıb.

Azərbaycan və ingilis dillərində çap olunan kitabın redaktoru AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, rəyçiləri isə AMEA-nın müxbir üzvü Əliyar Səfərli və filologiya üzrə elmlər doktoru, professor Möhsün Nağısoydur.

Müəllif illərlə apardığı elmi araşdırmaların nəticəsi olan bu tədqiqat əsərində ona bədii-fəlsəfi cərəyan kimi baxır, sufizmin təşəkkülündə və yayılmasında bədii ədəbiyyatın rolunu aşkara çıxarmağa çalışır, bu cərəyanın mənşəyi və mahiyyətini, türk sufizminin, Azərbaycan ədəbiyyatında sufizm problemlərini geniş təhlil edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: