Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2016 13:46
  • A-
  • A
  • A+

Bitki və bakteriya promotorlarının axtarışına dair məruzə dinlənilib

Bitki və bakteriya promotorlarının axtarışına dair məruzə dinlənilib

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda növbəti seminar keçirilib.

Tədbirdə hazırda Səudiyyə Ərəbistanının Kral Abdulla Universitetində tədqiqatlar aparan, institutun Bioinformatika laboratoriyasının müdiri, AMEA-nın müxbir üzvü İlham Şahmuradovun “Bitki və bakteriya promotorlarının axtarışı” mövzusunda məruzəsi dinlənilib.

İ.Şahmuradov prokariot və eukariot genlərinin promotor hissələrinin əsas elementləri, onları dəqiq aşkar  etməyə imkan verən kompüter proqramları və bu zaman istifadə olunan parametrlər haqqında  geniş məlumat verib. O, eyni zamanda, Kral Abdulla Universitetinin əməkdaşları ilə birgə apardıqları elmi-tədqiqat işlərinin nəticələri və yeni yaradılan kompüter aştarış proqramları ilə seminar iştirakçılarını məlumatlandırıb. 

Məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Seminarda institutun əməkdaşları, gənc tədqiqatçılar, doktorant və magistrlər iştirak ediblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: