Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Akademik Ramiz Məmmədov Qazaxıstanda su ehtiyatlarından istifadəyə həsr olunan beynəlxalq tədbirdə iştirak edib
29.09.2016 16:08
  • A-
  • A
  • A+

Akademik Ramiz Məmmədov Qazaxıstanda su ehtiyatlarından istifadəyə həsr olunan beynəlxalq tədbirdə iştirak edib

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov sentyabrın 22-24-də Qazaxıstanın Almatı şəhərində “Mərkəzi Asiyanın su ehtiyatları və onlardan istifadə” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Birləşmiş Millətlər Təşkilatının elan etdiyi “Həyat üçün su” onilliyinin nəticələrinə həsr olunan tədbir Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı və Təhsil nazirlikləri, Coğrafiya Cəmiyyəti və Milli Tədqiqat Texniki Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. 

5 seksiya üzrə davam edən konfransın “İqlim dəyişkənliyi şəraitində Mərkəzi Asiyanın su resursları” bölməsində akademik Ramiz Məmmədov “İqlim dəyişmələrinin Cənubi Qafqazın su resurslarına təsiri” mövzusunda məruzəsini təqdim edib.

Azərbaycanlı alimin məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Akademik məruzə ilə bağlı çoxsaylı sualları cavablandırıb.

İclasda qeyd olunub ki, konfransın nəticələri su məsələlərinin həllində Mərkəzi Asiya regionu ölkələri üçün əməkdaşlığın möhkəmlənməsinə səbəb olacaq, eləcə də bu ölkələrin elmi-texniki potensialının gücləndirilməsi, onların davamlı inkişafı üçün həlledici rol oynayacaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: