Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

Tibb üzrə Nobel mükafatına yaponiyalı alim layiq görülüb
03.10.2016 17:00
  • A-
  • A
  • A+

Tibb üzrə Nobel mükafatına yaponiyalı alim layiq görülüb

İsveçin paytaxtı Stokholmda tibb sahəsi üzrə Nobel mükafatı laureatının adı elan edilib. 2016-cı ildə bu mükafata autofaqiya mexanizmlərinin kəşflərinə görə yapon alimi Yesinori Osumi layiq görülüb.

Bu qərar Nobel Assambleyasının 50 üzvü tərəfindən səsvermə yolu ilə qəbul edilib.

korrespondent.net saytı xəbər verir ki, Y.Osumi 1945-ci ildə Yaponiyanın Fukuoka şəhərində anadan olub. 1974-ci ildə Tokio Universitetində doktorluq dərəcəsini alıb. Nyu-Yorkun Rokfeller Universitetində üç il araşdırmalar aparan alim daha sonra Tokio Texnologiya İnstitutuna gələrək burada tədqiqat qrupu yaradıb.

Yapon bioloqu hüceyrə daxili parçalanma prosesinin tədqiqi ilə iyirmi ilə yaxın bir müddətdə məşğul olub. Tədqiqatlar nəticəsində alim tərəfindən mayada autofagiyaya cavabdeh olan genləri ayırmaq və digər orqanizmlərin hüceyrələrində oxşar prosesləri təsvir etmək mümkün olub.

Alimin tədqiqatları müxtəlif fizioloji proseslərin (aclığa adaptasiya, yoluxmaya reaksiya) hissələri kimi autofagiya anlayışında yeni istiqamətin əsasını qoyub. 

Qeyd edək ki, Osuminin tədqiqatları elmi mühitdə autofagiyanın populyarlaşmasına gətirib çıxardıb.

 

  • Paylaş: