Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Tarixi Muzeyi tərəfindən ötən il nəşr olunmuş kitabların təqdimatı keçiriləcək
28.01.2014 00:00
  • A-
  • A
  • A+

Tarixi Muzeyi tərəfindən ötən il nəşr olunmuş kitabların təqdimatı keçiriləcək

Yanvarın 30-da AMEA Milli Azərbaycan Tarixi Muzeyininkonfrans zalında 2013-cü ildə muzey tərəfindən nəşr olunmuş kitabların təqdimatı keçiriləcək.

Təqdimatda respublikanın tanınmış muzeyşünasları, muzey əməkdaşları, tarixçilər, arxeoloq və etnoqraflar, restavrasiya üzrə mütəxəssislər və kitab satışı üzrə mərkəz rəhbərləri iştirak edəcəklər. Burada kitablar, kitab-albomlar, kataloqlar və məqalələr toplusu nümayiş olunacaq.

Qeyd edək ki, tədbir saat 11.00- da keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.

  • Paylaş: