www.science.az
31.01.2014 00:00

Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı anım tədbiri keçirilib

Bu gün Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi ilə bağlı Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal abidəsinin önündə anım tədbiri keçirilib.

AR Mədəniyyət və Turizm naziriƏbülfəz Qarayev və AMEA prezidenti, akademik Akif Əlizadə İstiqlal abidəsinin önünə əklil qoyub, görkəmli siyasi xadimin həyat və fəaliyyəti haqqında çıxış ediblər.

Tədbirdə digər çıxış edənlər də M.Ə.Rəsulzadəni ədib, ideoloq, siyasi publisistikanın görkəmli nümayəndəsi kimi dəyərləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.