Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Amin İsmayılov Türkiyədə beynəlxalq tədbirdə məruzə ilə çıxış edib
05.10.2016 15:44
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Amin İsmayılov Türkiyədə beynəlxalq tədbirdə məruzə ilə çıxış edib

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Amin İsmayılov 27-30 sentyabr 2016-cı il tarixlərində Türkiyənin  Antalya şəhərində keçirilən Tətbiqi elmlər üzrə Səlcuq beynəlxalq elmi konfransında  (İSCAS-2016)  iştirak edib.

Tədbir “Elmə əsaslanan sistemlər üçün məkan verilənlərinin işlənməsi, modelləşdirilməsi və idarə olunması” mövzusuna həsr olunub.

Konfransın Təşkilat komitəsinin üzvü və seksiyalardan birinin sədri olan A.İsmayılov “Torpaqların rəqəmsal şorlaşma xəritələrinin tərtibində Coğrafi İnformasiya Sistemlərindən istifadə olunması” mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə müxtəlif beynəlxalq elm mərkəzlərin nümayəndələri Coğrafi İnformasiya Sistemləri, məsafədən zondlama, elmi-tədqiqatlarda və layihələrdə kosmik şəkillərdən istifadə və s. mövzular üzrə təqdimatlarla çıxış ediblər.

Konfransın sonunda iştirakçılara xüsusi sertifikat təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: