Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-da Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun 60 illik yubileyi ilə əlaqədar müşavirə keçiriləcək
06.10.2016 15:27
  • A-
  • A
  • A+

AMEA-da Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun 60 illik yubileyi ilə əlaqədar müşavirə keçiriləcək

Oktyabrın 12-də AMEA Rəyasət Heyətində Birləşmiş Nüvə Tədqiqatları  İnstitutunun (BNTİ) 60 illik yubileyi ilə əlaqədar həmin quruma üzv ölkələrin Səlahiyyətli Nümayəndələri Komitəsinin sədri yanında İşçi Qrupunun müşavirəsi keçiriləcək.

Oktyabrın 13-14-də isə AMEA-nın Alimlər Evində BNTİ-nin 60 illik yubilieyinə və müstəqil Azərbaycanla əməkdaşlığın 25 illiyinə həsr olunan “BNTİ günləri” təşkil olunacaq.

Tədbirlərdə yerli alimlərlə yanaşı, quruma üzv ölkələrin 50-ə yaxın nümayəndəsi də iştirak edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: