Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.10.2016 14:14
  • A-
  • A
  • A+

Gürcüstanda “Qafqaz regionunun aktiv geodinamikası” qrantı üzrə seminar təşkil olunub

Gürcüstanda “Qafqaz regionunun aktiv geodinamikası” qrantı üzrə seminar təşkil olunub

1-5 oktyabr 2016-cı il tarixlərində Gürcüstanın Tbilisi və Kvareli şəhərlərində ABŞ Milli Elmlər Akademiyası və Beynəlxalq İnkişaf Agentliyinin (USAID) elmi tədqiqatların partnyorluq əlaqələri üzrə genişlədilməsi (PEER) proqramının Planet NI üzrə müşavirəsi keçirilib. Müşavirə AMEA-nın Yer Elmləri Bölməsinin akademik-katibi, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Fəxrəddin Qədirovun rəhbərlik etdiyi “Qafqaz regionunun aktiv geodinamikası” adlı qrantı üzrə təşkil olunub.

Müşavirədə Azərbaycandan olan nümayəndə heyətini - AMEA-nın Geologiya və Geofizika İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin aparıcı elmi işçisi, Ukrayna Elm və Texnologiya Mərkəzinin (STCU) Azərbaycanda nümayəndəsi, Yer elmlər üzrə fəlsəfə doktoru, dosent Qulam Babayev, şöbənin aparıcı elmi işçisi, Yer elmlər üzrə fəlsəfə doktoru, dosent Azər Qədirov, şöbənin gənc alimləri - baş laborant Elvin Babayev və mühəndis İmran Muradi təmsil edirdi.

Tədbir çərçivəsində ABŞ-ın Massaçussets Texnologiyalar İnstitutunun Yer, Atmosfer və Planet Elmləri Departamentinin professoru Robert Reilingerin rəhbərliyi ilə Qafqazda aparılan GPS ölçülərinin birlikdə emal edilməsi üçün yeni GAMIT-GLOBK proqramının öyrənilməsi və analizinə həsr olunan seminar təşkil edilib. Seminarda müxtəlif mövzulara dair mühazirələr dinlənilib.

Amerikalı alimin “Qafqazda aparılan GPS ölçülərinin birlikdə emal edilməsi üçün yeni GAMIT-GLOBK proqramının öyrənilməsi və analizi” adlı məruzəsi tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Seminarda, həmçinin ABŞ-ın Milli Elmlər Akademiyası və PEER qrantında iştirak edən ölkələrin mütəxəssisləri əldə etdiyi nəticələr barədə geniş məlumat veriblər.

Azərbaycan tərəfindən PEER qrantının məsul icraçısı Qulam Babayev qrant çərçivəsində Şəki regionunun qravitasiya sahəsində variasiyaların seysmik hadisələrlə əlaqəsi, Abşeron-Balxanyanı tektonik strukturu boyunca seysmikliyin zaman-klaster təhlili, Azərbaycan ərazisinin gərginlik xəritəsi və GPS monitorinq nəticələri əsasında Boyük Qafqazın cənub yamacının seysmogeodinamik segmentləşdirilməsi istiqamətlərində əldə olunan nəticələrə dair çıxış edib.

Müşavirənin sonunda layihənin davam etdirilməsinə dair qərar qəbul olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: