Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan müstəqillik illərində: hədəflər, inkişaf, nəticələr” kitabı nəşr olunub
13.10.2016 12:38
  • A-
  • A
  • A+

“Naxçıvan müstəqillik illərində: hədəflər, inkişaf, nəticələr” kitabı nəşr olunub

Ötən il dekabr ayının 3-4-də Naxçıvanda “Naxçıvan müstəqillik illərində: hədəflər, inkişaf, nəticələr” mövzusunda keçirilən elmi konfransın materialları AMEA-nın Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə ayrıca kitab kimi “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çapdan çıxıb.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan kitabda Naxçıvan Bölməsi, Arxeologiya və Etnoqrafiya İnstitutu, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və digər müəssisə əməkdaşları tərəfindən müstəqillik illərində NMR-in ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən yeniliklər, habelə əldə olunan nailiyyətlər təhlil olunaraq işıqlandırılıb.

Konfrans materialları yeni nəşrin “Mündəricat”, “İqtisadiyyat”, “Tarix”, “Mədəniyyət”, “Təbiət, təbiəti mühafizə və ekologiya” bölmələrində dərc olunub.

Kitabda “Naxçıvan Muxtar Respublikasında elmin inkişafı”, “Naxçıvan Muxtar Respublikasında mədəniyyətin inkişafı”, “Naxçıvan Muxtar Respublikasında iqtisadi inkişaf və sosial perspektivlər (1995-2015)”, “Milli dəyərlərimiz yeni inkişaf mərhələsində”, “Müstəqillik illərində Naxçıvanda arxeoloji tədqiqatlar”, “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi və mədəni həyatında qadınların iştirakı”, “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında milli-mənəvi dəyərlərin qorunması və bərpası” və digər məqalələr geniş oxucu kütləsinə təqdim olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: