Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-nın prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Çexiya və Estoniyaya səfər edəcək
17.10.2016 16:13
  • A-
  • A
  • A+

AMEA-nın prezidentinin rəhbərlik etdiyi nümayəndə heyəti Çexiya və Estoniyaya səfər edəcək

20-30 oktyabr 2016-cı il tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin başçılıq etdiyi nümayəndə heyəti Çexiya və Estoniyada səfərdə olacaq.

Səfər çərçivəsində nümayəndə heyəti Çexiya Elmlər Akademiyasının və Çexiya Texniki Universitetinin rəhbərlikləri ilə görüşərək əməkdaşlıq imkanlarını müzakirə edəcək, ölkənin müxtəlif elmi-tədqiqat müəssisələri ilə tanış olacaq. Daha sonra Estoniya Respublikasının paytaxtı Tallin şəhərində AMEA və Estoniya Elmlər Akademiyası arasında əməkdaşlıq haqqında saziş imzalanacaq.

Nümayəndə heyətinin tərkibinə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədov, Rəyasət Heyətinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəisi Zülfüqar Fərzəliyev və digər məsul şəxslər daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: