Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Gənc könüllülərə “Ekoloji təmiz kənd təsərrüfatının əsasları” üzrə təlimlər keçirilib
17.10.2016 15:31
  • A-
  • A
  • A+

Gənc könüllülərə “Ekoloji təmiz kənd təsərrüfatının əsasları” üzrə təlimlər keçirilib

AMEA-nın Botanika İnstitutunun nəzdindəki Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin fəaliyyət proqramına daxil olan məsələlərdən biri də regionda ekoloji təmiz kənd təsərrüfatı üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına nail olmaqdır. Bu məqsədlə Qaxda ali təhsilli iyirmi gənc könüllüdən təşkil olunmuş məqsəd qrupuna “Ekoloji təmiz kənd təsərrüfatının əsasları” üzrə iki aylıq təlimlər keçirilib.

Tədbirdə mərkəzin direktoru, professor Amin Babayev qrup iştirakçılarına uğurlar arzulayıb. Qeyd olunub ki, mərkəz regionda sağlam ekoloji mühitin bərpasına və inkişafına dəstək verir, əhalinin sağlam həyat tərzinin inkişaf etdirilməsi üçün əlverişli sosial şəraitin möhkəmləndirilməsinə kömək göstərmək niyyətindədir. Mərkəzin direktoru belə təlimlərin Şəki-Zaqatala regionunun bütün rayonlarında mütəmadi təşkil ediləcəyini vurğulayıb.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: