Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

İdarəetmə Sistemləri İnstitutu ilə TRİZ Assosiasiyası arasında memorandum imzalanıb
19.10.2016 12:44
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutu ilə TRİZ Assosiasiyası arasında memorandum imzalanıb

AMEA-nın İdarəetmə Sistemləri İnstitutu ilə TRİZ (İxtiraçılıq Məsələlərinin Həlli Nəzəriyyəsi) Assosiasiyası arasında anlaşma memorandumu imzalanıb.

Sənədi İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev və TRİZ İstehsalçılar Sammitinin rəhbəri Mixail Rubin imzalayıblar.

Memorandumda Azərbaycan və Rusiya ərazilərində TRİZ sahəsində ideyaların işlənilməsi, birgə elmi-tədqiqatların aparılması, layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Daha sonra TRİZ-in yaradıcısı olan Henri Sauloviç Altşullerin 90 illik yubileyinə həsr olunan tədbir keçirilib. Bildirilib ki, Henri Sauloviç Altşuller İxtiraçılıq Məsələlərinin Həlli Nəzəriyyəsinin banisi olmaqla yanaşı, tanınmış alim və yazıçıdır. O, Genrix Altov təxəllüsü ilə bir çox elmi fantastik əsərlərin müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: