Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Ərtoğrol Cavidin anadan olmasından 97 il ötür
21.10.2016 16:25
  • A-
  • A
  • A+

Ərtoğrol Cavidin anadan olmasından 97 il ötür

Böyük şair və dramaturq Hüseyn Cavidin oğlu Ərtoğrol Cavidin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar AMEA-nın Hüseyn Cavidin Ev Muzeyində onun xatirəsi anılıb.

“Gənc musiqişünas və folklorşünas Ərtoğrol Cavid” mövzusunda keçirilən tədbirdə muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlı Ərtoğrol Cavidin ötən əsrin əvvəllərində geniş xalq kütlələrindən topladığı, sistemləşdirdiyi və tədqiq etdiyi zəngin qeyri-maddi mədəni irs (folklor nümunələri) və bu irslə bağlı elmi-filoloji görüşləri barədə geniş söhbət açıb. Qeyd olunub ki, Hüseyn Cavidin Ev Muzeyində saxlanılan bu materialların içərisində xalq arasından toplanmış nağıllar, dastanlar, müxtəlif janrları əhatə edən aşıq poeziyası örnəkləri, bayatılar, laylalar, oxşamalar, xalq mahnıları, oyun havaları, toy və yas mərasimlərinin təsviri və s. folklor-etnoqrafiya nümunələri vardır. Həmin nümunələr Ərtoğrol Cavidin bu gün də folklorşünaslıq və sənətşünaslıq araşdırmaları baxımından əhəmiyyətli olan elmi-filoloji və musiqişünaslıq görüşləri ilə birlikdə təqdim edilir. Bütün bu materialların və onlara yazılmış Ə. Cavid rəylərinin, elmi fikirlərinin əyani folklor materialları kontekstində çağdaş oxucuya çatdırılması, müstəqil respublikamızda gedən ədəbi-mədəni inkişafın göstəricilərindən biri olmaqla yanaşı, Cavidlər irsinə verilən qədirşünaslıq örnəyidir.

Tədbir çərçivəsində Ərtoğrol Cavidin zəngin irsini əks etdirən sərgi də nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: