Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi nəşrə hazırlanıb
24.10.2016 16:17
  • A-
  • A
  • A+

“Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi nəşrə hazırlanıb

AMEA Naxçıvan Bölməsində “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildinin hazırlanması istiqamətində görülən son işlərlə əlaqədar İşçi qrupunun növbəti görüşü keçirilib. Görüşdə ikicildliyin birinci cildinin fəsillər üzrə xronoloji ardıcıllıqla toplanılmış məqalələrinə baxılıb, şəkillər, xəritələr, cədvəllər nəzərdən keçirilib.

Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, Naxçıvan Dövlət Unversitetinin Coğrafiya kafedrasının müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Nazim Bababəyli, Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə,  coğrafiya üzrə fəlsəfə doktorları Məhərrəm Həsənov və Elina Kərimovanın iştirakı ilə “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” ikicildliyinin birinci cildi çapa təqdim olunub.

Birinci cilddə zəngin təbii şəraitə və ehtiyatlara malik olan muxtar respublika ərazisinin fiziki coğrafiyasının müxtəlif sahələrini əhatə edən son elmi tədqiqatların nəticələrinə dair məlumatlar yer alıb. Fundamental əsərdə Naxçıvan ərazisinin oroqrafiyası, geoloji quruluşu, geomorfologiyası, iqlimi, daxili suları, torpaq və bitki örtüyü, heyvanlar aləmi və landşaftları araşdırılmaqla, fiziki-coğrafi rayonlaşdırma vahidləri ayrılıb və geniş şərh edilib.

Məlumat üçün onu da qeyd edək ki, Naxçıvanın iqtisadi-sosial coğrafiyasına həsr olunan ikinci cildinin çapı bu ilin sonunadək nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: