Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Professor Sabit Kərimov haqqında xatirələr kitabı çap olunub
24.10.2016 16:33
  • A-
  • A
  • A+

Professor Sabit Kərimov haqqında xatirələr kitabı çap olunub

2016-cı ilin aprel ayında İnformatika və hesablama texnikası sahəsində tanınmış alim, AMEA-nın müxbir üzvü, professor Sabit Kərimovun anadan olmasının 76 ili tamam oldu. Bu münasibətlə alimin həyat və yaradıcılığının əsas məqamlarını əks etdirən “Mənalı həyat yolu” adlı xatirələr kitabı nəşr edilib.

Kitabda prof. S.Kərimovun çapdan çıxmış elmi əsərləri, dərslik, dərs və metodik vəsaitlərinin ümumi mənzərəsi, alimin elmi rəhbərliyi ilə müdafiə olunmuş dissertasiyalar və əsərlərindən seçmələr yer alıb.

Nəşrdə görkəmli alimlə bağlı xatirələrini bölüşənlər arasında onun doğmaları ilə yanaşı, dostları, iş yoldaşları və həmkarlarının da adları vardır. AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev, AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, texnika üzrə fəlsəfə doktoru Nizami Cəfərov və digər alimlər prof. Sabit Kərimovun Azərbaycanda informatikanın təşəkkülü tarixindəki əvəzsiz xidmətlərindən, əldə etdiyi mühüm elmi nailiyyətlərdən və nümunəvi həyat yolundan söz açıblar.

Qeyd edək ki, kitabın tərtibatçıları texnika üzrə fəlsəfə doktoru Nizami Cəfərov və prof. Sabit Kərimovun qızı Gülnarə Kərimovadır. Elmi redaktoru isə Pedaqoji və Sosial Elmlər Akademiyasının üzvü, professor Akif Abbasovdur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: