Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

ABŞ, Azərbaycan və Gürcüstan seysmoloqları arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb
31.10.2016 12:32
  • A-
  • A
  • A+

ABŞ, Azərbaycan və Gürcüstan seysmoloqları arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

29-30 oktyabr 2016-cı il tarixlərində ABŞ-ın Missouri Universitetinin professoru Erik Sandvol, Oregon Dövlət Universitetinin Yer, Okean və Atmosfer Elmləri Kollecinin professoru Con Nabelek, Gürcüstanın İlia Dövlət Universitetinin Yer Elmləri İnstitutunun direktoru Tea Qodoladze və həmin institutun əməkdaşı Maya Uçaneişvili AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində olublar.

Mərkəzin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə keçirilən görüşdə ABŞ, Azərbaycan və Gürcüstanın seysmoloqları arasında birgə əməkdaşlıq və layihələrin həyata keçirilməsi, qarşılıqlı elm və təcrübə mübadiləsinin genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin "Qafqaz Kəsilişi" layihəsi də müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: