Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Amerikalı professor AMEA-nın Fizika İnstitutunda olub
04.11.2016 11:13
  • A-
  • A
  • A+

Amerikalı professor AMEA-nın Fizika İnstitutunda olub

Amerika Birləşmiş Ştatlarının Merilend Universitetinin professoru Endryu Baden AMEA-nın Fizika İnstitutunda olub.

Qonaq ilk olaraq institutun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədovla görüşüb.

Görüşdə AMEA-nın Biofizika İnsitututunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Oqtay Qasımov, Fizika İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinov, innovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, Yüksək enerjilər fizikası laboratariyasının əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Fərhad Xəlilov və Nazim Hüseynov da iştirak ediblər.

Amerikalı qonağa Fizika İnstitutu və Biofizika və Smart Materiallar Mərkəzinin fəaliyyət istiqamətləri, burada aparılan elmi araşdırmalar haqqında məlumat verilib.

Fizika İnstitutunun Dubnada uzunmüddətli ezamiyyətdə olan əməkdaşı Nazim Hüseynov Birləşmiş Nüvə Tədqiqatları İnstitutu və İsveçrənin Cenevrə şəhərində yerləşən Atlas Əməkdaşlıq Təşkilatı və CERN-də görülən işlərdən söhbət açıb.

Sonda E.Baden institutun İnnovasiya sektorunda quraşdırılan maddi-texniki baza və alimlərin fəaliyyəti üçün yaradılan şəraitlə tanış olub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: