Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

07.11.2016 09:21
  • A-
  • A
  • A+

Hüseyn Cavid irsi məktəblilər arasında təbliğ edilir

Hüseyn Cavid irsi məktəblilər arasında təbliğ edilir

AMEA Hüseyn Cavidin Ev Muzeyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə Bakıdakı Namiq Axundov adına 1 nömrəli tam orta məktəbdə böyük şair və dramaturq Hüseyn Cavidin irsinin təbliği məqsədilə tədbir keçirilib.

Tədbir muzeyin əməkdaşı Fəridə Əliyevanın rəhbəri olduğu və AR Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyələşdirilən “Məktəbli yeniyetmələr arasında Hüseyn Cavid yaradıcılığının təbliği” adlı layihə çərçivəsində təşkil edilib.

Mərasimdə dramaturqun janr və məzmun baxımından zəngin olan yaradıcılıq irsi barədə məktəblilərə ətraflı məlumat verilib.

Sonda layihə çərçivəsində yeni çapdan çıxmış “Cavid hikməti: seçmə aforizmlər (Azərbaycan və ingilis dillərində)” kitabı məktəblilərə hədiyyə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: