Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun 70 illik yubileyinə həsr olunan elmi sessiya keçiriləcək
07.11.2016 13:33
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun 70 illik yubileyinə həsr olunan elmi sessiya keçiriləcək

Noyabrın 11-də saat 10:30-da AMEA-nın Əsas binasında tanınmış dilçi alim, Nəsimi adına Dilçilik İnstitutunun direktoru v.i.e., AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun anadan olmasının 70 illik yubileyinə həsr olunan elmi sessiya keçiriləcək.

Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə alimin həyat və fəaliyyəti ilə yanaşı, Azərbaycan dilçilik elminin inkişafındakı xidmətlərindən danışılacaq.

Ünvan: Bakı şəh., Hüseyn Cavid pros.115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: