Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

10.11.2016 16:30
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisinin açılışı olub

Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisinin açılışı olub

Bu gün AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Qadın geyim bəzəkləri” sərgisinin açılışı olub.

Tədbirdə çıxış edən muzeyin direktoru, akademik Nailə Vəlixanlı bu elm müəssisəsində aparılan tədqiqatlardan, əldə olunan uğurlardan danışıb. Bildirib ki, sərgiyə muzeyin etnoqrafiya, arxeologiya və xüsusi fondlarının materialları cəlb edilib. Burada baş bəzəkləri, düymə, ətəklik, yaxalıq və əlcəklər, sancaqlar, həmçinin kəmərlər, tikmələr, toxuma bəzəkləri və digər eksponatlar nümayiş etdirilir. Ümumilikdə 200-dən çox eksponat təqdim olunur. Eksponatların bəziləri bizim eradan əvvəl XIII-VII əsrlərə, əksər eksponatlar isə XVIII-XX əsrlərə aiddir. Həmçinin burada 20 maneken üzərində XIX əsrdəki tam qadın geyimləri nümayiş etdirilir. Sərgidə nadir eksponatlardan bəziləri XIX əsrin görkəmli şairi Xurşidbanu Natəvanla bağlıdır. Burada ona məxsus geyim və ayaqqabılar da təqdim edilir. Əksər eksponatlar ilk dəfə nümayiş olunur.

Sərginin keçirilməsində məqsəd xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi, gənc nəslin maarifləndirilməsi, xarici tədqiqatçılara Azərbaycan tarixinin qədimliyini çatdırmaqdır.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Sərgi 2017-ci il fevralın 1-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: