Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Eynəli bəy Sultanov irsinə dəyərli töhfələr
11.11.2016 15:46
  • A-
  • A
  • A+

Eynəli bəy Sultanov irsinə dəyərli töhfələr

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri Elxan Məmmədov (Yurdoğlu) Eynəli bəy Sultanovun folklorşünaslıq irsi ilə bağlı tədqiqatlar üzərində işləyir. Buna baxmayaraq gənc alim nəinki Eynəli bəy Sultanovun folklorla əlaqəsini, folklor yaradıcılığını, həmçinin onun bütövlükdə yaradıcılığının qaranlıq qalan məqamlarını, ictmaiyyətə bəlli olmayan tərəflərinin də öyrənir, təbliğ edir.

Bu mənada Elxan Məmmədov cari ilin əvvllərində görkəmli maarifçi-yazıçının 33 hekayəsindən ibarət “Hekayələr” kitabını nəfis tərtibatla nəşr etdirib.

Bu günlərdə isə Elxan Məmmədov daha iki kitabın nəşrini həyata keçirib. Belə ki, 1966-cı ildə filologiya üzrə fəlsəfə doktoru İzzət Maqsudov tərəfindən “Eynəli bəy Sultanovun həyat və yaradıcılığı”, 1991-c il ildə isə filologiya üzrə fəlsəfə doktoru İradə Əsədova tərəfindən “Eynəli bəy Sultanovun yaradıcılıq yolu” dissertasiyaları müdafiə edilib. Lakin həmin dissertasiyalar monoqrafiya şəklində nəşr olunmayıb. Bu da Eynəli bəy Sultanov haqqındakı məlumatların mənbə məxəzlərini azaldıb.

Gənc tədqiqatçı bu boşluğu aradan qaldırmaq üçün öz sələflərinin dissertasiyalarını arxiv və kitabxanalardan əldə edərək, onları redaktə edərək monoqrafiya şəklində nəşrə hazırlayıb. Hər iki kitab –İzzət Maqsudovun “Eynəli bəy Sultanovun həyat və yaradıcılığı” və İradə Əsədovanın “Eynəli bəy Sultanovun yaradıcılıq yolu” kitabı oktyabr ayının sonunda çap edilərək geniş oxucu kütləsinə və elmi icitmaiyyətə təqdim olunub.

Qeyd edək ki, “Eynəli bəy Sultanovun həyat və yaradıcılığı” monoqrafiyasının elmi redaktoru və ön söz müəllifi akademik İsa Həbibbəyli, “Eynəli bəy Sultanovun yaradıcılıq yolu” monoqrafiyasının elmi redaktoru və ön söz müəllifi isə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovdu.

Hər iki ön sözdə Elxan Məmmədovun gənc olmasına baxmayaraq fədəkar zəhməti, dəyərli elmi axtarışları, Eynəli bəy Sultanov irsinin üzə çıxarılması, tanıdılması, təbliği istiqamətindəki xidmətləri öz əksini tapıb.

Onu da qeyd edək ki, 1866-cı ildə anadan olan Eynəli bəy Sultanovun bu il 150 illik yubileyi qeyd edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 fevral 2016-cı il tarixli “Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncamına əsasən ədibin həyat və çoxşaxəli yaradıcılığı ilə bağlı konfranslar, sərgilər, elımi araşdırmalar aparılır.

Gənc tədqiqatçı alimin tərtib etdirdiyi hər iki monoqrafiya məhz bu sərəncamın icrası istiqamətində həyata keçirilən ən ömənli tədbirlərdən biridi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: