Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Vaqif Abbasov Belarus Respublikasında ezamiyyətdədir
17.11.2016 11:22
  • A-
  • A
  • A+

Akademik Vaqif Abbasov Belarus Respublikasında ezamiyyətdədir

AMEA akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Belarus Respublikasının Səhiyyə Nazirliyinin dəvəti ilə “Ağ Naftalan yağı”nın həmin respublikada istifadəsi və onun əsasında dərman preparatlarının istehsalı məsələlərini müzakirə etmək məqsədilə noyabrın 16-da Belarus Respublikasına ezam edilib.

Ezamiyyət çərçivəsində o, Rusiya Federasiyasının Moskva şəhərinə də səfər edəcək, “Rusiya Tibbi Reabilitasiya Kurortologiya Elmi Mərkəzi” ilə “Ağ Naftalan yağı”nın tibbi tədqiqatına aid müqavilə imzalayacaqdır.

Səfər 20 noyabr tarixinədək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: