Bu günlərdə işıq üzü görən “Böyük Rusiya” (“Великая Россия”) 100 cildlik Rusiya Biblioqrafik Ensiklopediyasında AMEA-nın Mikrobiologiya İnstitutunun Ekoloji mikrobiologiya laboratoriyasının rəhbəri, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, professor Nəriman İsmayılov haqqında biblioqrafik məlumat dərc edilib.
Bundan öncə isə N.İsmayılovun rusiyalı alimlərlə birgə həmmüəllif olduqları “Neft-qaz geologiyasının əsasları” kitabı “Böyük Rusiya” ensiklopediyasında nəşr olunmuşdur.
Onu da əlavə edək ki, professor N.İsmayılov Rusiya Dövlət Humanitar Universitetində baş tutan elmi-praktiki konfrans çərçivəsində keçirilən müsabiqənin qalibi olmuşdur. “Ən yaxşı elm və təhsil nəşri” adlı I Beynəlxalq Müsabiqə “Akademus” nəşriyyatı tərəfindən təşkil edilmişdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.