Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Sehrli planşet” adlı yeni nağıl kitabı nəşr olunub
25.11.2016 09:34
  • A-
  • A
  • A+

“Sehrli planşet” adlı yeni nağıl kitabı nəşr olunub

AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəis müavini Vüqar Haqverdiyevin uşaqlar üçün “Sehrli planşet” adında yeni nağıl kitabı nəşr olunub.

Müəllif uşaqlar üçün yazdığı nağıllara görə Azərbaycanda müasir uşaq ədəbiyyatının inkişafı və təbliği, yeni nağıl qəhrəmanlarının yaradılması istiqamətində keçirilmiş nüfuzlu müsabiqələrdə yüksək yerlərə layiq görülüb. “Sehrli planşet” nağılı da mövzu və süjet baxımından olduqca müasir və maraqlı əsərdir.

Nəşrin redaktoru AMEA İctimai Elmlər Bölməsinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimovadır.

Qeyd edək ki, “Sehrli planşet” nağılı “Altun Kitab” nəşriyyatı  tərəfindən yüksək poliqrafik keyfiyyətdə və rəngli şəkillərlə çap olunub. Şəkillərin müəllifi rəssam Şəlalə Məmmədqızıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: