Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

"SABAH" qrupunun tələbələri AMEA-da təcrübə keçəcək
29.11.2016 14:56
  • A-
  • A
  • A+

"SABAH" qrupunun tələbələri AMEA-da təcrübə keçəcək

Azərbaycan Milli Elmlər Akademiyası ilə AR Təhsil Nazirliyi arasında əldə olunmuş razılığa əsasən, ali təhsil müəssisələrində yaradılmış "SABAH" qruplarında təhsil alan 210 tələbə AMEA-nın elmi müəssisələrində təcrübə keçəcək.

AMEA-nın müəyyən etdiyi təcrübəkeçmə planına uyğun olaraq, "SABAH" qruplarında təhsil alan tələbələr sırasından seçilmiş 210 nəfərin siyahısı Təhsil Nazirliyi tərəfindən AMEA-ya təqdim edilmişdir. AMEA prezidentinin 25 noyabr 2016-cı il tarixli sərəncamı ilə "SABAH" qruplarında təhsil alan tələbələrin AMEA-nın elmi müəssisələrində təcrübəkeçmə planı təsdiq edilmişdir. Plana əsasən, tələbələr müvafiq ixtisaslar üzrə 1 dekabr 2016-cı il tarixindən 31 may 2017-ci il tarixinədək AMEA-nın 21 elmi müəssisəsində, həmçinin Elm və Təhsil İdarəsində təcrübə keçəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir 

  • Paylaş: