Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Hüseyn Cavidin Ev Muzeyində şagirdlər üçün açıq dərs keçirilib
30.11.2016 09:30
  • A-
  • A
  • A+

Hüseyn Cavidin Ev Muzeyində şagirdlər üçün açıq dərs keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyində Bakıda fəaliyyət göstərən “İstək” liseyinin şagirdləri üçün “Hüseyn Cavid məktəblilərin gözü ilə” mövzusunda açıq dərs keçirilib.

Açıq dərsdə Azərbaycan romantik ədəbiyyatının görkəmli nümayəndəsi Hüseyn Cavidin yaradıcılığı, həmçinin Cavidlər irsinin toplanması, qorunması, tədqiqi və təbliği istiqamətində muzeyin fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat verilib.

Muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı rəhbərlik etdiyi qurumda mütəmadi olaraq təşkil edilən dərslərin məktəblilərin dünyagörüşlərinin və bədii təfəkkürlərinin inkişafında xüsusi əhəmiyyətə malik olduğunu bildirib. G.Babaxanlı şagirdlərin istifadəsi üçün 5 cildlik “Hüseyn Cavid. Əsərləri” və yenicə çap edilmiş Azərbaycan və ingilis dillərində olan “Cavid hikməti: seçmə aforizmlər” kitablarını "İstək" liseyinə hədiyyə edib.

Sonda şagirdlər muzeyin  eksponatları ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: