Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Filologiya elmləri sahəsində tədqiqatların keyfiyyətinə nəzarət artırılır
01.12.2016 10:42
  • A-
  • A
  • A+

Filologiya elmləri sahəsində tədqiqatların keyfiyyətinə nəzarət artırılır

AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya problemləri üzrə elmi şurasının 8-ci iclası keçirilib.

Akademik Rafael Hüseynovun sədrliyi ilə keçirilən iclasda 2-si elmlər doktorluğu, 21-i fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə təqdim olunmuş 23 dissertasiya mövzusu müzakirə edilib.

Bildirilib ki, dissertasiya mövzularının seksiyalarda ixtisasçı alimlər tərəfindən hərtərəfli müzakirə olunması vacib məsələdir. Bu istiqamətdə müzakirələrin aparılması Filologiya problemləri üzrə elmi şurada prioritet sahələrin qiymətləndirilməsinə, tədqiqat işlərinin düzgün istiqamətləndirilməsinə, təkrarçılığın aradan qaldırılmasına və mövzuların daha tez təsdiq edilməsinə imkan verir.

İclasda 9-nun adında dəyişiklik edilməklə, 13 dissertasiya mövzusu təsdiq edilib. Bəzi mövzular isə təsdiq olunmayıb və müraciət edənlərə tədqiqatını düzgün formalaşdırmaq üçün müvafiq tövsiyələr verilib. 

Həmçinin AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı Elnurə Mahmudzadə və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun doktorantı Roman Məmmədov iclasda iştirak etmədikləri üçün mövzularının müzakirəsi növbəti iclasa saxlanılıb.

Müzakirələrdə filologiya üzrə elmlər doktorları Bədirxan Əhmədov, Cəlil Nağıyev, Əsgər Rəsulov, Fəxrəddin Veysəlli, İmamverdi Həmidov, Qorxmaz Quliyev, Qulu Məhərrəmli, Məmməd Qocayev, Seyfəddin Rzasoy, Şəfəq Əlibəyli çıxış edərək rəy və təkliflərini səsləndiribər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: