Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Kitabxanaçılıq-informasiya sahəsi üzrə yaradılan fondun təqdimatı keçirildi
02.12.2016 13:05
  • A-
  • A
  • A+

Kitabxanaçılıq-informasiya sahəsi üzrə yaradılan fondun təqdimatı keçirildi

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) kitabxanaçılıq-informasiya sahəsi üzrə ixtisaslaşmış fondun təqdimatı keçirildi.

MEK-in direktoru, tibb elmlər üzrə fəlsəfə doktoru Leyla İmanova fondun yaradılmasının əhəmiyyətindən danışaraq bildirdi ki, məqsəd kitabxanada mühafizə olunan zəngin ədəbiyyatı, faktları, Azərbaycan haqqında həqiqətləri geniş ictimaiyyətə çatırmaqdır. O, kitabxanaçılıq sahəsi üzrə mütəxəssislərə müraciət edərək onları təqdimatı keçirilən fondun gələcəkdə zənginləşdirilməsi ilə əlaqədar təkliflərini verməyə çağırdı.

Kitabxanada kitabxanaçılıq-informasiya sahəsi üzrə ixtisaslaşmış fond 1965-ci ildə yaradılıb. Fonda 1910-2015-ci illər ərzində Azərbaycan, rus, ingilis və ukrayna dillərində çap olunmuş qeyri-dövrü, dövrü və ardı davam edən nəşrlər, o cümlədən cari, retrospektiv və tövsiyə xarakterli biblioqrafik mənbələr daxil edilib.

Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin Kitabxana resursları və informasiya axtarış sistemləri kafedrasının müdiri, professor Xəlil İsmayılov Azərbaycanda kitabxanaşünaslığın inkişafından danışdı. Professor kitabxanaçılıq-informasiya sahəsi üzrə ixtisaslaşmış fondla, müəllif hüquqlarının qorunması ilə bağlı öz təkliflərini səsləndirdi.

Tədbirdə Bakı Dövlət Universitetinin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri, dosent Nadir İsmayılov, Kitabxana-informasiya konsorsiumunun koordinatoru Cəmilə Yusifova və Azərbaycan Respublikası Prezident Kitabxanasının təmsilçisi Əliyusif Məmmədov çıxış edərək biblioqrafiya sahəsindəki mövcud problemləri diqqətə çatdırdılar, elektron resurslardan istifadənin zəruriliyini vurğuladılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: