Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Yeni sözlər və yeni mənalar" lüğətinə 2000-ə yaxın söz daxil edilib
06.12.2016 10:15
  • A-
  • A
  • A+

"Yeni sözlər və yeni mənalar" lüğətinə 2000-ə yaxın söz daxil edilib

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsində "Yeni sözlər və yeni mənalar" lüğəti tərtib olunub.  

Yeni çap olunmuş lüğətə elm, texnika, kosmetologiya və məişətin müxtəlif sahələrində işlənən 2000-ə yaxın yeni söz və termin daxil edilib, onların izahı verilib.

Dilimizdə mövcud olan, lakin müasir dövrdə yeni mənalar qazanmış sözlər isə lüğətdə söz birləşmələri daxilində yer alıb. Lüğətin əsas xüsusiyyətlərindən biri dilimizə daxil olmuş bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı ilə göstərilməsidir.

Nəşrin baş redaktoru institutun Tətbiqi dilçilik şöbəsinin müdiri, professor İsmayıl Məmmədlidir

“Yeni sözlər və yeni mənalar” lüğətindən KİV-lərin əməkdaşları və geniş oxucu kütləsi istifadə edə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: