Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

08.12.2016 15:59
  • A-
  • A
  • A+

Ərəb liqası ölkələri nəzdindəki Əlyazmalar İnstitutunun direktoru AMEA-nın Şərqşünaslıq İnstitutunda olub

Ərəb liqası ölkələri nəzdindəki Əlyazmalar İnstitutunun direktoru AMEA-nın Şərqşünaslıq İnstitutunda olub

Ərəb liqası ölkələri nəzdindəki Əlyazmalar İnstitutunun direktoru dr. Feysəl əl-Hafyan dekabrın 8-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. O, əvvəlcə institutun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva ilə görüşüb.

G.Baxşəliyeva Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən söz açaraq, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib. Alim Şərqşünaslıq İnstitutunda ərəb ölkələrininin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu qeyd edib.

Feysəl əl-Hafyan 1946-cı ildə yaradılmış Ərəb liqası ölkələri nəzdindəki Əlyazmalar İnstitutunun tarixindən danışıb, institutda 300 minə yaxın əlyazmaların və əlyazma surətlərinin saxlanıldığını bildirərək, onlar barədə məlumat verib.

Görüşdə institutlar arasında əməkdaşlığın perspektivlərindən, qarşılıqlı kitab mübadiləsindən söz açılıb.

Daha sonra Feysəl əl-Hafyan Şərqşünaslıq İnstitutunda çalışan ərəbşünas alimlərlə görüşüb. O, alimləri maraqlandıran sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: