Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Polşanın “İntermag” şirkəti AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə əməkdaşlıq edəcək
09.12.2016 09:31
  • A-
  • A
  • A+

Polşanın “İntermag” şirkəti AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə əməkdaşlıq edəcək

Polşanın “İntermag” şirkətinin nümayəndələri Artur Jachymczak və Qalina Kulakovskaya  AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar. Məqsəd institutun fəaliyyəti, o cümlədən kənd təsərrüfatı bitkiləri ilə aparılan təcrübələrdə mikroelementlərdən istifadə vəziyyəti ilə yaxından tanışlıq idi.

Bu elmi müəssisənin direktoru, professor Əlövsət Quliyevlə keçirilən görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub. 

İnstitutun elmi işlər üzrə direktor müavini, a.ü.f.d. Qoşqar Məmmədov qonaqlara müəssisədə həyata keçirilən elmi tədqiqat işləri barədə məlumat verib, mikroelementlərlə aparılan eksperimental təcrübələrin əhəmiyyətindən danışıb.

Daha sonra polşalı mütəxəssislər institutunun laboratoriyalarında olub, burada analitik cihaz və aparatlar vasitəsilə görülən işlərlə maraqlanıblar.

Görüşdə Polşada mikrogübrələrin istehsalı üzrə ixtisaslaşdırılmış “İntermag” şirkəti ilə bu sahədə elmi və elmi-texniki əlaqələrin genişləndirilməsinə dair geniş fikir mübadiləsi aparılıb. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: