Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

İtaliyalı professor Arxeologiya və Etnoqrafiya İnstitutunda təqdimatla çıxış edib
09.12.2016 17:08
  • A-
  • A
  • A+

İtaliyalı professor Arxeologiya və Etnoqrafiya İnstitutunda təqdimatla çıxış edib

Dekabrın 9-da AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda İtaliyanın “Şərq” Tədqiqat Unversitetinin Asiya, Afrika və Aralıq dənizi hövzəsi departamentinin İran arxeologiyası və incəsənət tarixi bölümünün rəhbəri, professor Bruno Cenitonun Midiya və Əhəməni arxeologiyasının problemlərinə həsr olunan təqdimatı keçirildi.

Vizual təsvirlərlə müşayiət olunan təqdimatda əsasən tarixi Manna, Midiya və Əhəməni dövlətlərinə aid ərazilərdə aşkar edilmiş arxeoloji abidələrdən, o cümlədən Həsənluda, Qodintəpə, Nuşicantəpədə, qədim Midiyanın paytaxtı Ekbatananın qalıqlarının yerləşdiyi ehtimal edilən müasir Həmədan şəhərində aparılmış qazıntılar və əldə edilmiş nəticələrdən bəhs olundu. Professor B.Cenito Azərbaycanın ərazisində, Şəmkirdə Əhəməni canişin sarayı qalıqlarının aşkar edilməsinin Qərb şərqşünaslarının xüsusi marağına səbəb olduğunu bildirdi. 

Qeyd edək ki, italiyalı professor Bakı Dövlət Universitetində, Arxeologiya və Etnoqrafiya İnstitutunda, həmin müəssisənin İçəri şəhərdəki elmi sərgi şöbəsində və Azərbaycan Milli Tarix Muzeyində də olub. Azərbaycanlı alimlərlə elmi müzakirələr aparan qonaq qədim tarixə malik maddi mədəniyyət nümunələri ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: