Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

12.12.2016 10:10
  • A-
  • A
  • A+

Qafqazşünaslıq İnstitutunun direktoru Türkiyədə beynəlxalq simpoziumda iştirak edib

Qafqazşünaslıq İnstitutunun direktoru Türkiyədə beynəlxalq simpoziumda iştirak edib

Türkiyənin Antalya şəhərində Türk Tarix Qurumu və Ağ Dəniz Universitetinin birgə təşkil etdiyi “Birinci dünya müharibəsinin 100-cü ildönümü: türk-ingilis pəncərəsi” adlı beynəlxalq simpozium keçirilib.

Dünyanın 13 ölkəsindən tarixçilərin qatıldığı simpoziumda Azərbaycanı AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı təmsil edib. Beynəlxalq tədbirdə o, “Birinci dünya müharibəsi illərində Qafqaz cəbhəsində erməni silahlı dəstələrinin hazırlanmasında erməni kilsəsinin rolu (Rusiya arxiv mənbələri əsasında)” mövzusunda məruzə ilə çıxış edib. M.Qasımlı, həmçinin “Qafqaz Birinci dünya müharibəsi illərində” adlı bölmə iclasına sədrlik edib.

Sonda simpoziumda dinlənilən məruzələrə dair elmi-nəzəri ümumiləşdirmələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: