Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Görkəmli alim Aqil Əliyevin 90 illik yubileyi AMEA-da qeyd olunacaq
09.12.2016 16:52
  • A-
  • A
  • A+

Görkəmli alim Aqil Əliyevin 90 illik yubileyi AMEA-da qeyd olunacaq

Dekabrın 13-də saat 11:00-da AMEA-nın Əsas binasında görkəmli iqtisadçı alim, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Aqil Əliyevin anadan olmasının 90 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək.

Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2016-cı il tarixli "Aqil Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamına əsasən təşkil olunacaq.

Ünvan: Bakı şəh., Hüseyn Cavid prospekti, 115.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: