www.science.az
15.12.2016 15:37

AMEA ilə İnter Glass ASC - Şüşə Qabların İstehsalı Zavodu əməkdaşlıq edəcək

Dekabrın 13-də AMEA-nın vitse-prezidenti v.i.e., Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, həmin institutun laboratoriya müdiri, professor Arif Heydərov, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, professor Çingiz Kaşkay və digər əməkdaşlar Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşəbbüsü ilə İnter Glass ASC - Şüşə Qabların İstehsalı Zavodunda olublar.

Bu qurumun rəhbərliyi və aparıcı mütəxəssisləri ilə keçirilən görüşdə Azərbaycanda şüşə istehsalının perspektivləri, idxal etmə imkanları, zavodun yerli xammal əsasında keyfiyyətli komponentlərlə təmin edilməsinə dair müzakirələr aparılıb, birgə fəaliyyət üçün razılıq əldə edilib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.