Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Seyid Həsən Tağızadə və İranın modernləşməsi” kitabı işıq üzü görüb
16.12.2016 13:48
  • A-
  • A
  • A+

“Seyid Həsən Tağızadə və İranın modernləşməsi” kitabı işıq üzü görüb

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun İran tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi Əfşan Şəfiyevanın “Seyid Həsən Tağızadə və İranın modernləşməsi” kitabı işıq üzü görüb.

Monoqrafiya XIX əsrin II yarısı, XX əsrin son rübünə qədər İranda modernləşmə uğrunda mübarizə hərəkatına, eyni zamanda İranın görkəmli siyasi, ictimai və dövlət xadimi Seyid Həsən Tağızadənin öz ölkəsinin modernləşməsi prosesində roluna, bu prosesin başlıca məqamlarına və xüsusiyyətlərinə həsr olunub. Monoqrafiyada Seyid Həsən Tağızadənin şəxsiyyəti, elmi fəaliyyəti, müxtəlif mühüm siyasi-ictimai məsələlərə münasibəti və tutduğu mövqe geniş tədqiq edilib.

Tədqiqatın yekunu kimi müəllif belə bir nəticəyə gəlir ki, ictimai fəaliyyətə modernləşdirici – praktik kimi başlayan S.H.Tağızadə XX əsrin 20-ci illərinin əvvəllərində qatı vesternləşdirmə tərəfdarı kimi çıxış etmiş və tədricən modernləşmənin vesternizasiya xəttindən uzaqlaşaraq, kamil modernləşmə mövqeyində dayanmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: