Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Muzeydə 1857-ci ildə istehsal edilən barıt qabı bərpa edilib
19.12.2016 09:33
  • A-
  • A
  • A+

Muzeydə 1857-ci ildə istehsal edilən barıt qabı bərpa edilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda mühafizə olunan barıt qabı bərpa edilib.

Muzeyin Bərpa laboratoriyasının bərpaçı-rəssamı Tural Nəbiyev tərəfindən analiz edilən barıt qabının gümüşdən olan hissəsi qaralmadan, metal hissə isə pas təbəqəsindən təmizlənib və qoruyucu təbəqə ilə örtülüb.

Bərpadan sonra qabın üzərində qeyd olunmuş “Кавказъ 1857 года” sözləri oxunaqlı vəziyyətə gətirilib. Bu da eksponatın həm dövrü, həm də hazırlandığı yer haqqında ilkin məlumat almağa imkan verir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: