Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mərkəzi Elmi Kitabxanada Milli Azərbaycan Tarix Muzeyinin kolleksiyasının təqdimatı keçirilib
19.12.2016 10:39
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada Milli Azərbaycan Tarix Muzeyinin kolleksiyasının təqdimatı keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Milli Azərbaycan Tarix Muzeyinin kolleksiyasının ilkin təqdimatı keçirilib.

MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova tədbirin əhəmiyyətindən bəhs edərək bildirib ki, məqsəd kitabxanada mühafizə olunan qədim tarixi kitablar barədə məlumatı geniş ictimaiyyətə çatdırmaqdır. O, kolleksiyadakı əski erməni dilində olan 881 nüsxə  ədəbiyyatın araşdırılması üçün mütəxəssislərin cəlb edilməsinin vacib olduğunu vurğulayıb. Bildirib ki, muzeyin Mərkəzi Elmi Kitabxanaya hədiyyə etdiyi zəngin kolleksiyanın geniş ictimai təqdimatı 2017-ci ilin mart ayında AMEA-nın Milli Azərbaycan Tarix Muzeyi, Tarix, Şərqşünaslıq və başqa institutlarının, eləcə də Türkiyə, İngiltərə, Almaniya, Fransa, Rusiya, Gürcüstan və başqa ölkələrin səfirliklərinin iştirakı ilə keçiriləcək.

MEK-in Komplektləşdirmə və sistemləşdirmə bölməsinin əməkdaşı Mehri Həsənli tərəfindən keçirilən təqdimatda bildirilib ki, 2015-ci ildə kitabxanaya Tarix Muzeyi tərəfindən 4598 kitab hədiyyə edilib.

Təqdimatda Milli Azərbaycan Tarix Muzeyinin kolleksiyasına daxil olan rus, şərq və əski erməni dilində olan mənbələr barədə məlumat verilib. Xarici dildə olan ədəbiyyatdan 2050 kitabın işlənilməsi və elektron kataloqa salınacağı nəzərdə tutulur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: