Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Ərəb dilində yazıb-yaratmış azərbaycanlı müəlliflərin əsərlərinin tədqiqi zəruridir
19.12.2016 16:54
  • A-
  • A
  • A+

Ərəb dilində yazıb-yaratmış azərbaycanlı müəlliflərin əsərlərinin tədqiqi zəruridir

Dekabrın 19-da Fransanın Sorbonna Universitetinin professoru Əhməd İbrahim Dərviş Məhəmməd və məşhur misirli xəttat, Misir Xarici İşlər Nazirliyinin hüquq işləri üzrə baş mütəxəssisi Əşrəf Əhməd Ubeyd AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Qonaqları Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi müşaiyət edib.

İnstitutda ərəb dili və ədəbiyyatı sahəsində mütəxəssislərlə keçirilən görüşdə iki ölkə arasında dostluq əlaqələrinin tarixindən söz açılıb, ərəb dilində yazıb-yaratmış azərbaycanlı müəlliflərin əsərlərinin tədqiqinin zəruriliyi vurğulanıb.

Əhməd İbrahim Dərviş Məhəmməd ərəb dili və əlifbasının dünyadakı rolundan danışıb. Alim Azərbaycanda olduğu müddətdə institutda mühafizə olunan ərəbdilli əlyazmalardan istifadə etmək arzusunda olduğunu bildirib.

Tədbir iştirakçıları Əşrəf Əhməd Ubeydin institutun sərgi salonunda nümayiş etdirilən xətt növləri ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: