Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Naxçıvan Bölməsində dərc edilən "Xəbərlər" jurnalının bu ilə olan sonuncu nömrəsi işıq üzü görüb
20.12.2016 15:02
  • A-
  • A
  • A+

Naxçıvan Bölməsində dərc edilən "Xəbərlər" jurnalının bu ilə olan sonuncu nömrəsi işıq üzü görüb

AMEA-nın Naxçıvan Bölməsinin Tusi nəşriyyatında dərc edilən "Xəbərlər" jurnalının bu ilə olan sonuncu nömrəsi işıq üzü görüb.

İldə dörd dəfə geniş oxucu kütləsinə təqdim olunan jurnalın növbəti sayı təbiət və texniki elmlər seriyasıdır.

Elm və təhsil müəssisələrində çalışan əməkdaşların təbiət və texniki emlər sahəsini əhatə edən elmi-tədqiqat materialları yeni sayın Kimya, Biologiya, Fizika, Coğrafiya, İnformatika, Astrofizika bölmələrində işıqlandırılıb.

Jurnalda “Təbii Naxçıvan mordenitinin əsas quruluş xüsusiyyətləri”, “Darıdağ sürmə filizindən sürmə (III) sulfidin sublimasiya üsulu ilə alınması şəraitinin öyrənilməsi”, “Naxçıvan Muxtar Respublikası florası üçün yeni növlər, “Naxçıvan Muxtar Respublikası florasında yayılan yabanı taxıl növlərinin toplanılması, çoxaldılması və təbii zonalarına reintroduksiyası”, “Şərur rayon kəhrizləri”, “Su təsərrüfatı sistemlərinin optimallaşdırılması alqoritmi”, “Günəş və onun yerdəki həyata təsiri”, “Müxtəlif diapazonda kosmik fon şüalanmasının tədqiqi” və digər mövzuları əhatə edən məqalələr öz əksini tapıb. Məqalələrin iki dildə-rus və ingilis dillərində xülasələri də dərc olunub. Müəlliflərin istifadə etdiyi mövzu ilə bağlı elmi mənbələrə istinadların ədəbiyyat siyahısı da ənənəyə uğun olaraq jurnalda göstərilib.

Jurnalın “Yubileylər və Xatirələr” bölməsində ömrünün 50 ildən çoxunu respublikamızda kimya elminin inkişafına həsr etmiş kimyaçı alim Bayram Rzayevin 75 illik yubileyi ilə əlaqədar kimya elmləri üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin “Hər günü mənalı və faydalı keçən alim ömrü” adlı məqaləsi dərc olunub. Məqalədə görkəmli kimyaçı alimin uzun illərdən bəri apardığı elmi-tədqiqatlarından, onun müxtəlif illərdə çap etdirdiyi və bütün kimyaçılar üçün faydalı olan nəşrlərindən bəhs olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: