Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın Kimya Elmləri Bölməsinin illik ümumi yığıncağı keçirilib
27.12.2016 09:31
  • A-
  • A
  • A+

AMEA-nın Kimya Elmləri Bölməsinin illik ümumi yığıncağı keçirilib

Dekabrın 26-da AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda Kimya Elmləri Bölməsinin (KEB) illik ümumi yığıncağı keçirilib.

Yığıncaqda bölmənin həqiqi və müxbir üzvləri, institut direktorları, elmi işlər üzrə direktor müavinləri, elmi katiblər, laboratoriya rəhbərləri, Kimya üzrə Problem Şuranın üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, KEB-in akademik-katibi, akademik Dilqəm Tağıyev gündəlikdə duran məsələlər barədə məlumat verib.

Sonra bölməyə daxil olan institutların 2016-cı ildəki elmi və elmi təşkilati fəaliyyəti haqqında hesabatları dinlənilib.

Ümumi yığıncaqda Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Milli Nüvə Tədqiqat Mərkəzi Qapalı Səhmdar Cəmiyyətinin sədri, akademik Adil Qəribov, AMEA-nın müxbir üzvü Yavuz Rüstəmov, kimya üzrə elmlər doktoru Sevinc Hacıyeva çıxış ediblər.

Sonda bölmə institutlarının hesabatları təsdiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: