Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirildi
27.12.2016 13:47
  • A-
  • A
  • A+

AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirildi

AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin növbəti iclası keçirildi.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev gündəlikdəki məsələlər barədə məlumat verdi. Elmi-tədqiqatla məşğul olan işçilərin il ərzində qazandıqları uğurları yüksək qiymətləndirən akademik, fəaliyyətlərindəki bəzi çatışmazlıqların aradan qaldırılmasını tövsiyyə etdi. Akademik İ.Hacıyev 2017-ci ildə aparılacaq tədqiqatların elmi səmərəliyini yüksətmək üçün institut direktorlarına müvafiq tapşırıqlarını verdi.

Həmçinin akademik İ.Hacıyev "Naxçıvan tarixi" çoxcildliyinin Naxçıvan Muxtar Respublikası mükafatına təqdim edildiyini bildirdi.

İclasda Bioresurslar İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Taryel Talıbovİncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək Naxçıvan tarixi çoxcildliyinin nəşrini yüksək qiymətləndiriblər.

Tədbirdə bölmənin Elmi təşkilat şöbəsinin müdiri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov elmi-tədqiqat institutlarında 2017-ci ildə görüləcək işlərin mövzularını açıqladı. Mövzular Rəyasət Heyətində müzakirədən sonra təsdiq edildi.

İclasın sonunda bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə cari məsələlərdən danışdı. O, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, həmin institutun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyevanın, Catherine Marro, Remi Bertho və Savaş Sarıaltunun həmmüəllif olduqları “Kültəpədə arxeoloji tədqiqatlar (2013-2016)” və Təbii Ehtiyatlar İnstitutunun böyük elmi işçisi, kimya elmləri üzrə fəlsəfə doktoru Aliyə Rzayevanın “Naxçıvan kimyaçıları” adlı hazırladıqları kitabları Rəyasət Heyətinin üzvülərinə təqdim etdi. Müzakirələrdən sonra kitabların nəşrinə icazə verildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: